
Tanınmış siyasətçi Boris Nemtsovun qətli ilə bağlı bu gün iki nəfər şübhəli saxlanılıb.
Qaynar.info Rusiya KİV-n istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, saxlanılan şəxslər əslən qafqazlı olan Qubaşev Anzor və Dadayev Zaurdur.
Bortnikov qeyd edib ki, hazırda operativ istintaq tədbirləri davam etdirilir və ölkə başçısı son olanlarla bağlı məlumatlandırılıb.
Qaynar.info