Xəbər lenti

Nəqliyyat əlaqələrinin yaranması üçün Bakı və İrəvanla işi davam etdiririk - Rusiya XİN
Dünya10:32 31.08.2022

Nəqliyyat əlaqələrinin yaranması üçün Bakı və İrəvanla işi davam etdiririk - Rusiya XİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrini blokdan çıxması üçün Bakı və İrəvan ilə əsaslı işi davam etdirir. 
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
O qeyd edib ki, iş konkret marşrutlar üzrə paket həllini nəzərdə tutur.
"Onlar Azərbaycan və Ermənistana suverenlik və hörmət prinsiplərinə əsaslanmalı və regionun təhlükəsizliyi və iqtisadi rifahı üçün çalışmalıdırlar", - Zaxarova bildirib.
Qeyd edək ki, iyunun 28-də Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bəyan etmişdi ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə regional kommunikasiyaların blokdan çıxarılması üzrə işçi qrupu İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib. Xüsusilə sərhəd və gömrük nəzarəti ilə bağlı bir çox məsələlər üzrə.
Xatırladaq ki, iyunun 4-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin sədrliyi ilə regionda nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun iclası keçirilib. Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, habelə avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Ermənistan və Azərbaycan ərazilərindən təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini yaxınlaşdırıblar.
Alpər