Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə transfer olunduğu "Kolambus Kryu" klubunun düşərgəsinə qatılmaq üçün ABŞ-a yollanıb.
Bu barədə "Report"a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat verib.
Forvard bu səhər yola düşüb. Futbolçu ABŞ klubu ilə 1 ay əvvəl razılığa gəlsə də, iş icazəsinin yubanması səbəbindən komandanın düşərgəsinə qoşula bilmirdi.
N.Axundzadə Bakı vaxtı ilə sabah səhər saatlarında ABŞ-da olacaq.
Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.
Şərhlər