Bioloqların 130 ilə yaxındır rast gəlmədikləri burun buynuzlu əjdaha kərtənkələsi yenidən Sumatra adasında tapılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, nadir kərtənkələni bioloq Çairunas Adha Putra tapıb.
Qeyd edək ki, italiyalı tədqiqatçı Elio Modiqliani bu nadir canlını XIX əsrin sonlarında İndoneziya meşələrində kəşf edib və onu Avropaya gətirərək, Cenova Ətraf Mühit Tarixi Muzeyinə hədiyyə edib. Bundan sonra heyvana Modiqliani kərtənkələsi və ya burun buynuzlu əjdaha adı verilib.
Bioloq Putra isə 2018-ci ildə Sumatra dağlarında bu kərtənkələnin ölüsünü tapıb. O günə qədər alimlər bu növün nəslinin kəsildiyini düşünürdülər. Putra kərtənkələnin canlısını tapmaq ümidi ilə yenidən adaya yollanıb və xoşbəxtlikdən ağaclardan birində bu nadir heyvana rast gəlib. Burun buynuzlu əjdaha kərtənkələni ölçən və şəkillərini çəkən tədqiqatçı heyvanın vəhşi təbiətdəki davranışlarını müşahidə edib.
Cenova muzeyindəki nümunədən fərqli olaraq Putranın tapdığı kərtənkələ ətrafdakı bitki örtüyünə uyğun olaraq rəngini dəyişdirmə xüsusiyyətinə sahibdir. Kərtənkələnin öz rəngi isə açıq yaşıldır.
Camal