
İsrailin baş naziri Binyamin Netanyahunun dünən "Mavi Marmara" basqınıyla əlaqədar Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğandan üzr istəməsi İsrailin xarici işlər naziri Aviqdor Libermanı hiddətləndirib.
Bu barədə xəbər yayan Türkiyə mətbuatının məlumatına görə, Liberman bu qərarı “ciddi bir xəta” adlandıraraq tənqid edib.
BBC-nin İsrail mediaya istinad edərək verdiyi xəbərdə bildirilir ki, Netanyahunun əvvəlki davranış tərzini dəyişərək üzr istəməsi “ABŞ-ın təlatümlü bir bölgədəki iki əsas müttəfiqi üzərindəki diplomatik təsirinin qəti bir əlaməti" olaraq dəyərləndirərkən, Aviqdor Liberman üzr diləmə qərarına qarşı şıxıb.
Onu da qeyd edək ki, Liberman öz ölkəsində sərt millətçiliyi və ifrat radikalizmi ilə tanınan siyasətçidir. O, hər zaman bölgədə sülhə qarşı çıxışlar edir və öz mövqeyini İsrailin milli təhlükəsizliyinə yönəlmiş xarici təhdidlərin şiddətlənməsi ilə izah edir./musavat.com/