İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ı ölkəsinə kifayət qədər dəstək verməməkdə ittiham edib.
Bu barədə Qaynarinfo CBS News-a istinadən xəbər
verir.
Onun sözlərinə görə, ABŞ vətəndaşları HƏMAS-ın ötən ilin oktyabrında İsrailə qarşı terror hücumuna bənzər hücuma məruz qalsalar, eyni şeyi edəcəklər.
"Amerika nə edərdi? İsrailin etdiklərini etməzdinizmi? Siz daha çox şey edərdiniz", - Netanyahu deyib.
Onun sözlərinə görə, HƏMAS danışıqlarda "başqa planetdə” olsa da, girovların azad edilməsi üzrə iş davam edir.
"Digər məqsədlər HƏMAS-ı məhv etmək və Qəzza zolağının gələcəkdə İsrail üçün təhlükə yaratmamasını təmin etməkdir. Biz tam qələbə qazanmayana qədər sülhə nail ola bilmərik", - İsrailin baş naziri bildirib.
Nizami Bağırov
Şərhlər