Xəbər lenti

Netanyahu ilə İranda belə məzələndilər
Dünya07:42 08.10.2013

Netanyahu ilə İranda belə məzələndilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail baş naziri Binyamin Netanyahunun iranlı gənclərlə məzələnəmək istəyi özünə qarşı çevrilib.

Qaynar.info
xəbər verir ki, BBC telekanalına müsahibə verən baş nazir həmçinin, ABŞ-la normal münasibətlər qurmaq istəyən İran prezidenti Həsən Ruhanini də tənqid edib.

Müsahibəsində İranın nüvə proqramı məsələ ilə yanaşı azadlıqlara da toxunan Netanyahu gənclər haqqında, "Həqiqətən də azad olsalar dar cins şalvar geyinə bilər, Qərb musiqi dinləyər və azad seçki haqqına sahib ola bilərlər" deyib.

Netanyahunun bu sözləri qalmaqala səbəb olub. Məhz bu açıqlamadan sonra iranlı gənclər dar cins şalvar geyinməyin qadağan edilmədiyini və Qərb musiqisini dinləyə bildiklərini #jeans ve #westernmusic heşteqləri ilə Twitter-də paylaşıblar.

Bir çox iranlı dar şalvarlı şəkillərini Twitter-də paylaşıblar.

Hətta Twitter-də "Hörmətli Netanyahu, İranda kütləvi qırğın silahı satılan dükan var" yazaraq İsrail baş naziri ilə məzələniblər.

Qaynar.info