Xəbər lenti

Baş nazir və arvadı istintaqa ifadə verdi
Dünya10:26 02.03.2018

Baş nazir və arvadı istintaqa ifadə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu korrupsiya ilə əlaqədar istintaq prosesi çərçivəsində ifadə verirlər.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ölkənin ən böyük telekom şirkəti "Bezeq"də baş verən korrupsiya iddiaları ilə əlaqədar suallar yönləndiriləcək.
Qeyd edək ki, baş nazir daha əvvəl haqqında irəli sürülən 2 fərqli korrupsiya ittihamı çərçivəsində 2 dəfə ifadə verib. 
2017-ci ilin son günlərində Netanyahunun yaxın adamı David Bitan oxşar iddialar səbəbilə istefa vermək məcburiyyətində qalmışdı.
Əgər baş nazirin günahları sübuta yetirilsə, o, istefa vermək məcburiyyətində qalacaq.
Gülşən