
İsrailin baş naziri Binyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı sərt açıqlamalar verib.
Qaynar.info-nun məlumatına görə, Vaşinqtonda keçirilən Amerika-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin iclasına videokonfrans vasitəsilə qatılan Netanyahu İranın qırmızı xəttə yaxınlaşdığını deyib: "Nə kəlimələrin, nə sanksiyaların İranı dayandırmağa gücü çatmaz".
Tehran hakimiyyətinin beynəlxaq görüşləri zaman qazanmaq üçün istifadə etdiyini söyləyən Netanyahu, "Hələ qırmızı xətti keçmədi, ancaq getdikcə yaxınlaşır. İranın bu xətti keçməsinə icazə verməyəcəyik" deyib.
İsrail baş naziri diplomatiyanın və sanksiyaların heç nə edə bilmədiyi bir vəziyyətdə dəqiq hərbi təhdidin tətbiq olunmasını istəyib.
Qaynar.info