Xəbər lenti

Netanyahuya daha bir zərbə: Ən yaxın adamı rəqibi olacaq
Dünya12:48 30.12.2018

Netanyahuya daha bir zərbə: Ən yaxın adamı rəqibi olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin baş naziri Benyamin Netanyahunun yaxın adamlarından olan ədliyyə naziri Ayelet Şaked öz partiyasını qurmaq qərarına gəlib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Şaked təhsil naziri Naftali Bennettlə birlikdə "Habayit Hayehudi" partiyasını tərk edərək "Hayamin Hehadash" partiyasını qurmaq barədə qərar qəbul edib. Növbəti seçkilərdə iştirak üçün yaradılan partiya sağ cinahı təmsil edir. 
Ayelet Şaked korrupsiyada ittiham edilən Netanyahunun hökumətdə ən yaxın şəxslərindən hesab edilir. Baş nazir məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, İsraildə 9 aprel 2019-cu ildə növbədənkənar parlament seçkiləri keçiriləcək.
Gülşən