Xəbər lenti

Nəvəsini "Facebook"da satışa çıxardı
Dünya16:59 24.04.2013

Nəvəsini "Facebook"da satışa çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistan polisi Pəncab əyalətində nəvəsini "Facebook" sosial şəbəkəsi vasitəsilə satmaq istəyən şəxsi saxlayıb.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, 47 yaşlı Firuz Xan qızının nəvəsini doğum evindən qaçırıb. O, nəvəsini 830 dollara satmağa çalışıb.

Maraqlısı odur ki, Xan müştəri də tapa bilib. Həmin şəxs yerli biznesmenlərdən biri olub.

Hazırda polis hər iki şəxsi dindirir. Xanı 7 ilədək həbs cəzası gözləyir.

Qaynar.info