Xəbər lenti

News First: Kolombo məhkəməsi Rusiyanın təyyarəsini həbs etdi
Dünya10:00 03.06.2022

News First: Kolombo məhkəməsi Rusiyanın təyyarəsini həbs etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kolombo Ali Ticarət Məhkəməsi öz əmri ilə "Aeroflot” təyyarəsinin Şri-Lankadan çıxmasını qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə yerli "News First” nəşri məlumat yayıb. Hökm iyunun 16-dək qüvvədə olacaq.
Məhkəmənin qərarı İrlandiyanın icarəyə verən GECAS-a bağlı Celestial Aviation Trading Limited şirkətinin şikayəti əsasında qəbul edilib.
Bir gün əvvəl Airbus A330-un Şri-Lankanı tərk edə bilməyəcəyi məlum olub. Əvvəlcə gecikmənin bir gündən çox olmayacağı güman edilsə də, gecikmə versiyalarından biri təyyarənin guya ikiqat qeydiyyata malik olması ilə bağlı olub - Rusiyada və Bermud adalarında.
Alpər