Ukraynanın əks-hücum əməliyyatı aprelin 30-na planlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Newsweek jurnalı Pentaqonun sızdırılan məxfi sənədlərinə istinadən
yazır.
Nəşr aydınlaşdırır ki, hərbi əməliyyatların başlanmasından bir il sonra Kiyevə olan dəstək on Avropa ölkəsində dərhal əhəmiyyətli dərəcədə zəifləyib.
Jurnalistlər tərəfindən təhlil edilən 40 sənəddən birində Kiyevə göndərilən texnika, yanvardan aprelə qədər çatdırılma qrafiki, Ukrayna hərbçilərinin hazırlığı haqqında ətraflı məlumat verilir. Çatdırılmaların yaz hücumuna qədər başa çatdırılması planlaşdırılır.
Newsweek jurnalı qeyd edir ki, "Ukraynanın aprelin 30-na planlaşdırılan hücumundan əvvəl təchizat və dəstək Ukraynaya gedir". Cəbhə xəttinin hansı istiqamətində Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatına başlayacağı və hansı yaşayış məntəqələrini nəzarət altına almağa hazırlaşacağı açıqlanmır. Nəşr həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baxmutda məğlub olacağı və şəhəri tərk etməyə məcbur olacağı proqnozlarına istinad edir.
Newsweek həmçinin bu ilin qışına qədər Ukraynaya dəstəyin ciddi şəkildə zəiflədiyi məxfi sənədlərdə yer alan on Avropa dövlətinin siyahısına istinad edir. Onların arasında Belçika, Bolqarıstan, Danimarka, Yunanıstan, Lüksemburq, Latviya, Portuqaliya, Rumıniya, Slovakiya və Sloveniya var.
Nizami Bağırov