Böyük Britaniya tərəfindən hazırlanan "DragonFire” uzaqmənzilli lazer silahı hələ istifadəyə verilməyib. Ona görə də Böyük Britaniya hakimiyyəti hələ ki, ondan Ukraynada istifadə etməyi planlaşdırmır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek” nəşri Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən
yazır.
Eyni zamanda, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko "Newsweek”ə bildirib ki, Ukrayna "DragonFire” sistemini sınaqdan keçirməyə hazırdır. Bununla belə, nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, silah sistemi hələ də tədqiqat və inkişaf mərhələsindədir.
Xatırladaq ki, yanvarın 19-da Böyük Britaniya məxfi "DragonFire” uzaq mənzilli lazer silahını sınaqdan keçirib. Lazer silahının maketini əks etdirən video martın 12-də yayımlanıb. Videoda hərbi gəmiyə quraşdırılan lazer qayığı sıradan çıxarır, bir PUA-nı "kor” edir, digərini isə vurur.
Tərtibatçıların fikrincə, lazer silahları hava hücumundan müdafiə üçün nəzərdə tutulub və xüsusilə dronların vurulmasında effektivdir. Lazer sayəsində zenit raketlərinin istehlakı azalır. 10 saniyə ərzində lazer məişət elektrik qızdırıcısının 1 saat ərzində sərf etdiyi enerji qədər enerji yandırır. Bir atışın qiyməti təxminən 13 ABŞ dollarıdır.
Nizami Bağırov