ABŞ prezident administrasiyası bu həftənin sonunda Ukraynaya əlavə yardım elan edə bilər. Eyni zamanda orada ehtiyac duyulan tankların olub-olmayacağı məlum deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN ABŞ Milli təhlükəsizlik şurasının spikeri Con Kirbinin bəyanatına istinadən
yazır.
O bildirib ki, ABŞ Rusiya prezidenti Vladimir Putinin istənilən hərbi cinayətə görə məsuliyyət daşıması üçün səy göstərəcək.
"Ola bilsin ki, siz ABŞ-dan Ukraynaya əlavə təhlükəsizlik yardım paketləri, əlavə silahlar və aktivlər haqqında bu həftənin sonunda eşitməyə davam edəcəksiniz”, – Kirbi bildirib.
O, "elan edilməmiş şeyləri qabaqlamaq istəmədiyini" söyləyib.
"Ukraynanın ehtiyaclarını ödəmək üçün bu paketləri yeniləməyi davam edəcəyik. Əgər nəyisə təmin edə bilməsək, digər müttəfiqlər və tərəfdaşlarla işləyəcəyik”, - Kirbi deyib.
Nizami Bağırov