Braziliyalı ulduz Neymar haqda sənədli film hazırlayan dünyaca məşhur "Netflix" şirkəti ekran işinin nümayiş olunacağı tarixi açıqlayıb.
Qaynarinfo xəbər verir ki, "Neymar: The Perfect Chaos" adlanan filmdə PSG-nin təcrübəli futbolçusunun həyatı və karyerası lentə alınıb. Filmin ərsəyə gəlməsi üçün şirkət Braziliyalı futbolçunu məşqlərdə, oyunlarda və patardəyişmə otaqlarındakı həyatını bir il yarım izləyib. 3 bölmədən ibarət olan filmdə Neymarın Braziliya klubu "Santos"a gəlişindən sonra məşhurlaşmasını, "Barselona"dakı günləri, millidəki çıxışı, hazırda karyerasını davam etdirdiyi PSJ-dəki performansına diqqət yönəldilib.
Sənədli filmdən fraqmentləri təqdim edən "Netflix" onun 2022-ci il, yanvarın 25-də yayımlanacağını açıqlayıb.
Filmdə Neymarla yanaşı, dünyaca məşhur futbolçular Devid Bekhem, Lionel Messi və Kilyan Mbappe də yer alıb.
<iframe width="962" height="541" src="https://www.youtube.com/embed/-MjLl8SpZ6c" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Səbuhi Həsənov