İdman 18:38 08.09.2023

Neymar karyerasının ən məyusedici məğlubiyyətini açıqladı

Braziliya millisinin futbolçusu Neymar 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Xorvatiya millisinə məğlubiyyəti karyerasında ən məyusedici matç adlandırıb. 

Qaynarinfo bu barədə "L'Equipe"ə istinadən xəbər verir.

"Təəssüf ki, dünya çempionluğu növbəti dəfə təxirə düşdü. Bundan acı itki yox idi. Artıq etdiyimiz yaxşı işləri xatırlamalıyıq. Dünya çempionatında çıxış edən futbolçularımız var, yetişməkdə olan çoxlu gənclər bizə gəlir. Üç il qalıb (DÇ-2026-ya qədər), lakin vaxt çox tez gedir, hazırlığa indidən başlamalıyıq. Yeniləmə mərhələsinə başlayırıq. Bu bir gecədə baş vermir. Ancaq hədəflərimizə çatmaq üçün əlimizdən gələni etməyə çalışacağıq”, deyə forvard bildirib.

Qeyd edək ki, DÇ-2022-də Braziliya Xorvatiyaya penaltilər seriyasında uduzmuşdu.

Aydın