Xəbər lenti

Neymar üçün ən ideal futbolçu kimdir? - Özü açıqladı
İdman11:48 25.04.2023

Neymar üçün ən ideal futbolçu kimdir? - Özü açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliya millisinin ulduzu Neymar onun üçün ideal olan futbolçunun əlamətlərini açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, dünyanın ən yaxşı oyunçularından biri sayılan "sambaçı" üçün ən ideal futbolçu Kriştiano Ronaldo, Lionel Messi, Kilian Mbappe, Zlatan İbrahimoviç, Robert Levandovski və Marko Veratti kimi məşhur ulduzların əlamətlərini birləşdiyi bir oyunçudur.
Bunu  Neymar "Red Bull Neymar Jr`s Five - World" yarışması zamanı açıqlamasında bildirib. Futbolçu, "Mükəmməl oyunçu? Özümü yaxşı hesab edə bilərəm. Məncə bir futbolçuda Ronaldonun fiziki qabiliyyəti, İbrahimoviçin elastikliyi, Serxio Ramosun başla oyunu, Mbappenin sürəti, Messinin sol ayağı, mənim sağ ayağım, Levandovskinin mövqe tutmaq bacarığı Kantenin mübarizəsi və Verattinin yarımmüdafiə xəttindəki yaradıcılığı olmalıdır" - sözlərini söyləyib.
222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçdikdən sonra dünyanın ən bahalı oyunçusu olaraq qalan 29 yaşlı futbolçu, Fransa klubunun heyətində meydana çıxdığı 115 oyunda 87 qola imza atıb.
Səbuhi Həsənov