İdman 10:41 20.10.2023

Neymarın sağlamlıq durumu müəyyənləşdi

Dünya çempionatının Cənubi Amerika seçmə mərhələsində Uruqvayla səfər oyununda zədələnən və meydanı göz yaşları içində tərk edən Neymarın sağlamlıq durumu məlum olub.

Qaynarinfo-nun məlumatına görə, onun çıxış etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Hilal"dan verilən açıqlamada sol dizinin ön çarpaz bağında və menisküsündə yırtıq diaqnozu qoyulan 31 yaşlı futbolçunun əməliyyat olunacağı və uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 

Mövsümün əvvəlində PSJ-dən "Al-Hilal"a 90 milyon avroya transfer olunan Neymar yeni komandasında meydana çıxdığı beş matçda bir qola, üç məhsuldar ötürməyə imza atıb. 
 
Uruqvay - Braziliya matçı arasında keçirilən oyun uruqvaylıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Səbuhi Həsənov