Kolumbiyanın paytaxtı Boqotada yerləşən həbsxanada iki məhkum gözətçiləri içirdərək qaçıblar.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Alexandro Qutierrez Rinkon və Olmedo Varqas Padilla adlı məhkumlar öz likörlərini hazırlayıb və içkini gözətçilərə veriblər. Daha sonra onları içki almaq üçün razı salıb və həbsxanadan çıxaraq bir daha geri qayıtmayıblar.
Həbsxana müdiri German Rikaurte bu vəziyyəti professionallığa və peşə etikasına zidd adlandırıb.
Kolumbiya İnqilabçı Silahlı Qüvvələrin üzvü olan Rinkon 2003-cü ildə həbs edirələrək 40 il azadlıqdan məhrum edilmişdi. Varqas isə oğurluq ittihamı ilə tutulub.
Qeyd edək ki, məsələ ilə bağlı cinayət işi açılıb və gözətçilər hadisəyə qəsdən şərait yaratmaqda ittiham edilirlər.
Gülşən