
Dünyanın dağılacağı ilə bağlı yenə iddialar ortaya atılıb.
“Qaynarinfo” xəbər verir ki, dünyanın dağılaması ilə bağlı bu kimi xəbərlər son dəfə 2012-ci ildə yayılmışdı. İndi isə deyilənlərə görə, Yer kürəsinə sürətli şəkildə “Niburu” adlı planet yaxınlaşır.
Ümumiyyətlə belə bir şey mümkündürmü ki, Günəş sistemində adı bizə məlum olmayan cisim mövcud olsun? Bəli, bundan əvvəl sizə eyni mənşəli “Koypera” halqası və böyük “Oorta” buludu haqqında məlumat vermişdik. Eyni zamanda 2011-ci ildən alimlərə məlum olan, lakin hələ indi tam şəkildə kəşf edilə bilən asteroid haqqında da məlumatlar verilib. Bəs bu sözügedən asteroid əslində böyük bir planet ola bilər? Bəli, qalaktikada hər şeyin baş verməsi mümkündür.
Bu halda həmin asteroid və ya başqa adla “Niburu” planeti Yer planetinə onu məhv edə biləcək sürətdə çırpıla bilər?

Belə bir hadisə milyard illərdir baş vermir. "Niburu" planetinin adının ilk dəfə çəkildiyi Şumer dastanlarında da belə bir yazıya rastlanmayıb. Əslində insanları təşvişə salan məqam məhz elə Şumer dastanlarında hələ elmə məlum olmamış “Niburu” planetinin olmasıdır. Bildiyiniz kimi, Şumerlərin dastanlarında verdiyi proqnozların əksəriyyəti bu gün kəşf olunub.
Hesab etsək ki, bu həqiqətdir və “Niburu” Yer kürəsinə yaxınlaşır. Bu toqquşma baş versə, Yer kürəsində elə bir partlayış baş verər ki, bəşəsiyyət bunu dəhşətli hava fişənglərinin partlaması kimi izləyər. Ancaq mütəxəssislər bildirir ki, nə dərəcədə sürətli hərəkət etməsindən asılı olmayaraq, naməlum obyektin sürəti toqquşma məsafəsinə çatanadək zəifləmiş olacaq.
Bunu yadda saxlamaq lazımdır ki, qalaktika tam bir elmdir. Orda hər şey sanki xüsusi hesabla düzülüb. Buna görə də hesab xaricində sözügedən bu kimi hadisələr nadir hallarda baş verə bilər.
O ki qaldı Şumerlərdə “Niburu” adlı planetin adının hallanmasına, astroloqlar düşünür ki, Şumerlərdə yalnız riyaziyyat və astrologiya inkişaf etdiyindən yaratdıqları bütün miflər də bu elmlərlə bağlı olub. Yəni, əslində “Niburu” adlı səma cisminin varlığı onların təxəyyül gücündən başqa bir şey deyil. Qısası, “Niburu” deyə bir planet yoxdur. Ümumiyyətlə, qalaktikada alimlərin, astroloqların bilmədiyi heç bir yad cisim mövcud deyil. Və əgər nə vaxtsa hər hansı səmavi varlığın Yer kürəsinin yanından sürtünərək keçmə ehtimalı belə olarsa, alimlər bunu aylar öncə hesablaya bilərlər.
Nərmin Həsənli
Qaynarinfo.Az