Xəbər lenti

Niderland öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırdı
Dünya13:17 25.06.2023

Niderland öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hollandiya vətəndaşları Rusiyanı tərk etməlidirlər və bu ölkəyə səfər etmək istəyənlər səyahətdən imtina etməlidirlər. 
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
"Hadisələrin inkişafını, Rusiyada təhlükəsizlik rejiminin sərtləşdirilməsini və gözlənilməzliyin yüksək dərəcəsini nəzərə alaraq, Rusiyaya getməmək və dərhal ölkəni tərk etmək tövsiyə olunur", - mətndə deyilir.
Orada həmçinin vurğulanır ki, qırmızı - kritik rəng kodu artıq bütün ölkə üçün qüvvədədir.
Nazirlik ölkədə qalan həmvətənlərə xəbərləri izləməyi, diqqətli olmağı və evdən çıxarkən həmişə şəxsiyyəti təsdiq edən sənədləri özləri ilə götürməyi tövsiyə edib.
Alpər