Dünya 16:27 02.03.2023

Niderland Rusiyaya görə Çinə xəbərdarlıq etdi

Niderlandın xarici işlər naziri Vopke Hukstra bildirib ki, Çin Ukraynadakı müharibə üçün Rusiyaya silah tədarükü barədə düşünsə, bunun nəticələri ilə üzləşəcək.

Qaynarinfo Bloomberg-ə istinadən xəbər verir ki, o, bunu G20 xarici işlər nazirlərinin Nyu Dehlidə keçirilən iclası çərçivəsində deyib

"Hər bir həmkarıma, o cümlədən çinli həmkarıma çatdıracağım şey budur ki, həqiqət bəllidir. Məsul olan yalnız bir ölkə var, o da Rusiyadır", - Hukstra deyib.
"Moskvaya hərbi yardımın nəticələri olacaq. Əgər ölkələr bu xətti keçsələr", - nazir əlavə edib.

Xatırladaq ki, Almaniya kansleri Olaf Şolts Çini Rusiyaya silah göndərməməyə çağırıb və Pekindən qoşunlarını Ukraynadan çıxarmaq üçün Moskvaya təzyiq göstərməsini istəyib.

Nizami Bağırov