Xəbər lenti

Nigeriya BRICS-ə qoşulmaq üçün müraciət etmək niyyətindədir
Dünya 17:31 07.03.2024

Nigeriya BRICS-ə qoşulmaq üçün müraciət etmək niyyətindədir

Nigeriya BRICS-ə qoşulmaq niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yusuf Tuqqar "RİA Novosti"yə bildirib.

O qeyd edib ki, ölkəsində "məsləhətçi demokratik sistem” var, ona görə də belə bir qərarın qəbulu üçün "adətən müxtəlif maraq qrupları və müxtəlif daxili orqanlarla fəal qarşılıqlı əlaqə mövcuddur”.

"Biz bunu etmək niyyətindəyik... Biz bunda çox maraqlıyıq və bunu səbirsizliklə gözləyirik”, deyə Tuqqar bildirib.
 
O, son BRICS sammitində Nigeriyanın vitse-prezidenti Kaşim Şettimanın Cənubi Afrikada iştirakını xatırladıb.

Nigeriya digər 22 ölkə ilə birlikdə 2023-cü ilin avqustunda BRICS-ə üzv olmaq üçün rəsmi müraciət edib. Yusuf Tuqqar payızda bildirib ki, Nigeriya yaxın iki ildə assosiasiyaya qoşulmaq üçün addımlar atmağı planlaşdırır. O qeyd edib ki, ölkəsi əhalinin sayına və iqtisadi inkişaf tempinə görə Afrikanın ən böyük ölkələrindən biridir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->