Nigeriyanın şimal-qərbində təşkil edilən silahlı hücum nəticəsində 18 nəfər ölüb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hadisə, Zamfara əyalətinin Birani kəndində baş verib.
Hücumun kimlər tərəfindən törədildiyi hələlik bilinmir. Lakin ölkədə tez-tez kəndlilər arasında şiddətli qarşıdurmalar yaşanır. Ötən günlərdə oxşar hadisədə 5 nəfər ölmüşdü.
Gülşən