Məşhur rusiyalı rejissor Nikita Mixalkov Moskvada xəstəxanaya yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "112” Telegram kanalı məlumat
yayıb.
Onun sözlərinə görə, 77 yaşlı kinorejissor ürək ritminin mürəkkəb pozğunluqlarının cərrahi müalicəsi şöbəsindədir.
Kanal dəqiqləşdirir ki, Mixalkov ürək çatışmazlığından və nəfəs darlığından şikayətlənib.
Bu arada Mixalkovun arvadı SHOT Telegram kanalına onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı təkzib edib. O, əlavə edib ki, rejissor "sağ və salamatmdır". Hazırda o, rutin sağlamlıq müayinəsindən keçir.
Xatırladaq ki, Mixalkov bundan əvvəl yanvarın 5-də xəstəxanada yatıb. Mətbuat onun koronavirusla xəstəxanaya yerləşdirildiyini yazıb. Yanvarın 24-də rejissor evə buraxılıb.
Alpər
Şərhlər