Ötən həftə koronavirusa yoluxduğunu açıqlayan Ermənistanın baş naziri Nikol Paşinyan sağalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir özünün "Facebook” səhifəsində yayıb.
N.Paşinyan qeyd edib ki, ailə üzvləri də koronavirusdan sağalıb.
Xatırladaq ki, Nikol Paşinyan iyunun 1-də özünün və ailə üzvlərinin koronavirusa yoluxduğunu bildirmişdir.