Xəbər lenti

Nikol Paşinyan Moskvaya “Qələbə”ni qeyd etməyə gedir
Dünya11:47 08.05.2023

Nikol Paşinyan Moskvaya “Qələbə”ni qeyd etməyə gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş nazir Nikol Paşinyan bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedəcək. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan mayın 9-da keçiriləcək Böyük Vətən Müharibəsində Qələbə ilə bağlı tədbirlərdə iştirak edəcək.
Ermənistan hökumətinin başçısı sonuncu dəfə ötən il dekabrın sonunda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiyaya səfər edib.
Mətbuat onu da yazıb ki, Paşinyan Moskvaya səfərindən sonra - mayın 14-də Brüsselə gedəcək və orada Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Alpər