Xəbər lenti

Nikol Paşinyan: “Robert Koçaryan və Serj Sarqsyan siyasi meyitdir”
Dünya15:39 15.09.2018

Nikol Paşinyan: “Robert Koçaryan və Serj Sarqsyan siyasi meyitdir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Robert Koçaryan və Serj Sarqsyan siyasi meyitdir. Lakin, bu, o demək deyil ki, onlar qanun qarşısında cavab verməməlidirlər”.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, Ermənistanda R.Koçaryan adda siyasi faktor yoxdur.
Hökumət başçısı R.Koçaryanın onun barəsində dediyi "Nikol Paşinyan mənimlə mübarizə apardığına görə peşman olacaq” fikrinə də münasibət bildirib: "Bununla Koçaryan siyasi prosesləri dərketmə səviyyəsini göstərir. Bu, onlar üçün küçə mübahisəsi deyil ki, uduzanlar gedərkən "sən peşman olacaqsan” desinlər”.