Xəbər lenti

Nil çayına "böhtan atan" müğənni həbs olunacaq
Dünya14:45 28.02.2018

Nil çayına "böhtan atan" müğənni həbs olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misirli müğənni Şerine Əbdül Vahab Nil çayı ilə bağlı etdiyi zarafata görə 6 ay həbs cəzasına məruz qalıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 1 ildən uzun müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərində verdiyi konsertdə pərəstişkarlarından biri "Heç Nil suyundan içmisən?" adlı mahnını ifa etməyini xahiş edib. Müğənni buna cavab olaraq "Nil suyundan içmək virusa səbəb ola bilər. Onun yerinə Evian markalı su için" fikrini səsləndirib.
Haqqında payızda cinayət işinə start verilən müğənni barədə Qahirə məhkəməsi 6 aylıq həbs qərarı qəbul edib və Vahabı Nilə böhtan atmaqda günahlandırıb. Sənətçi zaminə buraxılmaq üçün 280 dollar, cəza olaraq isə 550 dollar ödəməlidir. Hazırda Şerine Əbdül Vahab azadlıqdadır. Apelyasiya prosesindən sonra hökm icra ediləcək. 
37 yaşlı müğənni daha sonra bu zarafatına görə üzr istəyib. 
Qeyd edək ki, Nil çayı Misir üçün çox əhəmiyyətlidir və müqəddəs hesab olunur. 
Gülşən