Xəbər lenti

Nişanlısı Ronaldonun şəxsi təyyarəsini nümayiş etdirdi (FOTOLAR)
İdman 22:55 21.09.2023

Nişanlısı Ronaldonun şəxsi təyyarəsini nümayiş etdirdi (FOTOLAR)

Model Corcina Rodriges "Instagram"da sevgilisi, futbolçu Kriştiano Ronaldonun şəxsi təyyarəsində çəkilmiş fotolarını paylaşıb.

Qaynarinfo xəbər verir ki, 29 yaşlı model təyyarə oturacağında ağ mini paltarı və ağ idman ayaqqabısı geyinərək poza verib. Ronaldonun nişanlısı qızıl saat, konqo sırğaları və nəhəng qolbaq taxıb. Arxa planda modelin çantası - təxminən 80 min dollara başa gələn dəridən hazırlanmış məhdud sayda "Hermes Birkin" görübüb.

Qeyd edək ki, Corcina Rodriges 2016-cı ildən hazırda Səudiyyə Ərəbistanının "Əl-Nasr" futbol klubunda çıxış edən Ronaldo ilə münasibətdədir. Cütlüyün iki övladı var: 5 yaşlı Alana və bir yaşlı Bella. İdmançının bundan başqa da övladları var: 13 yaşlı kiçik Kriştiano, 6 yaşlı əkizlər Eva və Mateo.

2022-ci ilin noyabrında futbolçu modellə toy haqqında sualı cavablandırıb: "Hazırda bu barədə düşünmürəm, amma gələcəkdə bunu təsəvvür edə bilərəm. Düşünürəm ki, həm o, həm də mən buna layiqik. Amma hələlik bu, planlarımın bir hissəsi deyil, gələcəkdə bunu etmək istəyirəm".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->