
ABŞ-da yayımlanan "The Real Houswives of the OC" serialının ulduzu Tamra Barney nişanlısını striptizçi qadınla yaxalayıb.
Qaynar.info xəbər verir ki, məşhur ulduz nişanlısı Eddinin qucağındakı qadını görəndə şoka düşüb.
Hadisəni dostları vasitəsilə öyrənən Tamra kef məclisinin keçirildiyi məkana yollanıb. Orada rəfiqələri ilə məkana daxil olan qadın nişanlısından "O ağzındakı nədir?" soruşub.
Nişanlısı da ona, "Üstümdə bir qadın varkən nə etməyimi gözləyirsən" cavabını verib.
Qaynar.info




