
Xalq artisti Nisə Qasımovanın sosial şəbəkə hesabında paylaşdığı fotosu böyük müzakirələrə səbəb olub.
Qaynarinfo xəbər verir ki, buna səbəb 67 yaşlı sənətçinin hədsiz dərəcdə cavan və gözəl görünməsdir. Bəzi izləyicilər onun plastik əməliyyat etdirdiyini, bəziləri isə bu şəkli fotoşopla düzəltdirdiyini iddia edib. Müğənninin fotosunun altında yazılan rəylərdə təriflərlə yanaşı, görkəmi ilə bağlı suallar da ünvanlanıb. "Plastik
cərrahınız kim", "elə bil 35 yaşınız var" və s. sullara xanım sənətçi tərəfindən heç bir cavab verilməyib.
Bütün bu iddiaların və sualların cavabını aradığımız bir vaxtda Nisə Qasımovanın köməkçisi ilə əlaqə yaratdıq. Xanım Xalq artistinin əməliyyat etdirmədiyini və məlumatın yalan olduğunu bildirdi. Köməkçi xanımdan Nisə Qasımovanın özü ilə danışmaq istədiyimi xahiş etdik. Xanım isə "Nisə xanım çox əsəbidir, danışmaq istəmir. Deyir ki, təkzib versinlər, sonra onlarla əlaqə saxlayarıq", - deyə bildirdi.
Bahar