"Nissan”ın keçmiş CEO-su Karlos Qon konsernə qarşı 1 milyard dollardan çox təzminat iddiası qaldıraraq, işdən çıxarılmasının sonrakı həbslə birlikdə onun maddi vəziyyəti və nüfuzuna vurduğu "dərin ziyanı” izah edib.
Qaynarinfo bu barədə "Bloomberg"ə istinadla xəbər verir.
Qeyd edilir ki, o, Livan məhkəməsinə müraciət edib, çünki keçmiş top-menecer Yaponiyada ev dustaqlığından qaçdıqdan sonra 2019-cu ildən Livanın paytaxtı Beyrutda yaşayır.
İddia ərizəsində Qon iddia edir ki, konsern tərəfindən ona qarşı irəli sürülən ittihamlar uzun müddət insanların beynində qalmağa davam edəcək və o özü ömrünün sonuna kimi bundan əziyyət çəkəcək, çünki bu ittihamlar ciddi nəticələrə səbəb olub, halbuki ittihamlar yalnız şübhəyə əsaslanırlar.
Konsernin keçmiş rəhbəri ona 588 milyon dollar məbləğində xərclərə və itirilmiş mənfəətə görə kompensasiya və daha yarım milyard dollar cərimə ödəməyi tələb edir.
Alpər