Xəbər lenti

Niyama qarşı 550 minlik dələduzluq - Maşınına həbs qoyuldu
Video 11:32 11.03.2024

Niyama qarşı 550 minlik dələduzluq - Maşınına həbs qoyuldu

Müğənni Niyam Salamiyə qarşı qohumu dələduzluq edib. 

Qaynarinfo xəbər verir ki, sənətçi bu haqda "Günaydın, Azərbaycan" proqramında danışıb. O bildirib ki, saxta kağıza qol çəkdirərək, ondan 550 min manat almaq istəyiblər:

"Bu yaxınlarda başıma iş gəldi. Adını çəkmirəm, qohumlarım eşitsin. Məktub gəldi ki, bir insan var, ona pul borclusunuz. Özü də 550 min manat. Balan var, adını çəkmirəm. Restoranla müqavilə bağlamışam. Götürüb həmin kağızın arasına kağız qoyub, saxta imza çəkdirib. "Yazdıqlarıma cavabdehəm" yazılı kağıza qol çəkmişəm. Maşınıma da həbs qoyulmuşdu. Dövlətimə təşəkkür edirəm, yoluna qoyuldu. Çox eyibdir, dövlət adamlarını da incidirsiniz. Dayısı ilə birlikdə mənə hədə-qorxu gəlirlər".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->