Xəbər lenti

Niyə bəzi insanlar çox danışır?
Sağlamlıq06:49 18.07.2022

Niyə bəzi insanlar çox danışır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo "Psychology Today" saytında dərc olunmuş koqnitiv psixologiya professoru Robert N. Kraftın çox danışmaqla bağlı məqaləsini təqdim edir:
İctimai məclislərdə həddən artıq danışmaq çox vaxt doğuşdan gələn xüsusiyyətlərdən deyil, situasiya təsirlərindən qaynaqlanır.
İştirakçıları yerbəyer etmək, şəxsi söhbətlərdən çox mövzulara diqqət yetirmək və bərabər statusu saxlamaq söhbətdə tarazlığın qorunmasına kömək edir.
Qeyri-adekvat formada söhbət etməyə çalışmaq təsadüfən çox danışmağa təşviq edə bilər, ölçü-biçili cəhd isə isə bərabər formada iştiraka səbəb ola bilər.
Hamımız kiminsə söhbət vaxtında dominantlıq etdiyi ictimai toplantılarda olmuşuq. Bu fasilələrlə olanda biz onu idarə edə bilərik, lakin həmin şəxs davamlı olaraq məclisi idarə etməyə çalışanda, toplantılar xoşagəlməz hala gələ bilər. Əks təqdirdə bir-birinə dəstək olmalı olan və əyləncəli olacaq hallar qaçınılması lazım olan bir şeyə çevrilir.
Həddindən artıq danışmaq ilk növbədə daxili səbəbə görə ola bilər. Bəzi insanlar təbii olaraq çox danışandır, həddindən artıq özlərinə fokuslanıblar və ya danışmaq və dinləmək arasındakı balanssızlığa əhəmiyyət vermirlər. Ancaq digər səbəblər ilk növbədə situativdir və onları müəyyən etmək və idarə etmək olar. Bir müddət dinlədikdən sonra həddindən artıq danışmağın situativ səbəblərini diaqnoz edə və daha çox tarazlıq yaratmağa çalışa bilərik.
Budur, daha xoş və interaktiv söhbətə doğru hərəkət etmək üçün yeddi strategiya.
Sosial mühitin yenidən qurulması
Qrupun strukturu iştiraka güclü təsir göstərə bilər. Altıdan çox insandan ibarət qruplar çox vaxt bəzi insanlara söhbət etməyə imkan vermir - ən azı çox uzun müddətə. Daha böyük bir qrupu iki, üç və dörd nəfərdən ibarət bir neçə kiçik söhbət qrupuna bölmək daha ədalətli iştirak üçün yaxşı işləyir. Biz öz mövqeyimizi dəyişdirə və daha yaxşı olar ki, yan-yana oturmaqdansa, insanlarla üz-üzə oturmaqla daha kiçik bir qrup insanla söhbətə başlaya bilərik. Böyük bir qrupda qalmaq məcburiyyəti yoxdur.
Qrup çox böyükdürsə, liderin olmaması çox vacibdir. İctimai toplantılar məclis və ya dərs deyil. Biz nəzakətlə daha böyük qrupdan ayrıla və lazım gələrsə, fasilə verə bilərik.
Tematik qalmaq
Söhbət zamanı çoxumuzun mövzu detektorları var. Biz mövzuları müəyyən edir və bəzən əlaqəli hadisə və ya mövzuya müraciət edən şəxsi hekayə ilə onlara cavab veririk.
Mövzu, əlbəttə ki, öz təcrübələrimiz haqqında hekayəni ehtiva edən bir səyahət ola bilər, lakin bu hekayələr qısa və qrup maraqları üçün uyğun olmalıdır. Əgər kimsə "Londondan təzə qayıtmışam” desə, təbii cavablardan biri səfərlə bağlı suallar verməkdir. Bununla belə, həddindən artıq danışanlar Londona öz səfərlərini təsvir etmək fürsətindən uzun-uzadı istifadə edə bilərlər. Mövzu detektorlarının əvəzinə onların "Mən” detektorları var. Belə vəziyyətdə, fasilə vermək və London haqqında ilk açıqlama verən şəxsə qayıtmaq daha yaxşıdır.
Söhbət zamanı biz verilən yeni razılaşmaya əməl edirik, indicə ifadə olunan ideyanı götürürük və onu yeni məlumatlarla tamamlayırıq. Həddindən artıq danışanlar tez-tez verilən məlumatların ən qısasını özünə yönəlik bolluca yeni məlumatlar bölüşmək üçün tramplin kimi istifadə edirlər.
Adamın statusunun dəyişdirilməsi
Həddindən artıq danışmağın mümkün səbəblərindən biri insanların daha çox bilmişliyə və ya ümumilikdə daha unikal təcrübəyə görə özlərini qrupdakı digərlərindən daha yüksək statusa malik kimi görmələridir. Təbii ki, insanlar özləri haqqında danışanda əslində mütəxəssis olurlar. Bu səbəbdən həddindən artıq danışanlar fokusu öz fəaliyyətlərində saxlayır və bununla da özlərini göstərirlər. Özünə yönəlik bu dinamikanı mövzuları müvafiq şəkildə dəyişdirməklə və ya həyatımızın hadisələrlə zənginliyini vurğulamaqla pozula bilər.
Artıqlığın azaldılması
Ola bilər ki, əsas problem danışıq vaxtı deyil. Bir şey haqqında çox danışmaq olar. Dilçilər dərin struktur (ifadə ediləcək fikirlər) və səth quruluşu (həmin fikirləri ifadə edən real sözlər) arasında fərq qoyurlar. Əgər kiminsə Səthi Strukturu boldursa və Dərin Quruluş minimaldırsa, lazımsız təkrarlar insanların olduğundan daha uzunçu səslənməsinə səbəb ola bilər.
Söhbət əsnasında biz adətən kifayət qədər məlumatla ətraflı məlumat çatışmazlığı arasında fırlanır və yetərli məlumatın maraqlı hissəsini tapmağa çalışırıq. Həddindən artıq məlumat dinləyiciləri sıxır. Məlumat yetərli olmayanda onlar çaşqın qalır. Davamlı çox sözü olan insanlar dinləyənlərin gözləntilərinə cavab vermirlər və həddindən artıq çox şey danışırlar.
Artıq bildiklərimizi nəzakətlə təsdiqləmək və sonra öz təcrübəmizdən söhbətə əlavə etməklə qarşılıqlı əlaqəni canlandıra bilərik.
Nümunələrin dəyişdirilməsi
Bəzən biz insanlara danışıqlarını gücləndirməyə və söhbəti monopoliyaya almağa icazə veririk və ya hətta təşviq edirik. Razılıq əlaməti kimi başımızla təsdiqləmək və ya fikir ayrılığına görə eyni formada razılaşmamaqla danışanı həvəsləndirə bilərik. Səbirsiz ah çəkmə, telefonumuza baxmaq və ya gözlərini qaçırmaq əslində qarşındakını daha çox danışmağa sövq edə bilər. Eyni şey, gərginliyi artıra və danışıq rəqabəti yarada bilən müdaxiləyə də aiddir. Paradoksal olaraq, biz neytral qalmalı və heç nə demədən söhbətə qatqımızı müvəqqəti olaraq azaltmalıyıq.
Bu davranış və müəyyən bir sosial vəziyyət arasındakı əlaqəni pozaraq bu halda uzunçuluğun gücləndirilməsindən qaçan bir başa gücləndirmə nəzəriyyəsidir. 
Digər tərəfdən, danışan insanın ağlabatan və yığcam olduğu zaman gücləndirmə təmin edərək, arzu olunan davranışa da diqqət yetirməliyik.
Birbaşa olmaq
Əgər buna qadiriksə, birbaşalıq işləyə bilər. Bizə necə təsir etdiyini deməklə çox danışmağın bizim üçün yaratdığı çətinliyi bildirə bilərik, onu tənqid etməkdənsə həddindən artıq danışmağına sərhəd qoya bilərik. "Bizim bərabər vaxtımız ola bilərmi?” deyə soruşa bilərik.
Danışan insanlarla birbaşa ünsiyyətdə olduqda, onların dediklərini eşitdiyimizi göstərməliyik, lakin sonra verilən yeni razılaşmaya əməl etməli və danışıq ritmini yeniləyərək özümüzdən bir şey əlavə etməliyik. Onlar sözümüzü kəsə bilərlər, amma sonra biz diplomatik inadkarlıq göstərə bilərik və dediklərimizi bitirmək istədiyimizi bildirə bilərik. 
Bəzən özümə xatırlatmalıyam ki, birbaşa olmaq itici olmaqla eyni deyil. Kimsə bir ortamda heçkimə danışmağa imkan verməyəndə, içimdəki elm adamı danışan adamın vaxtını təyin etmək üçün saniyəölçən tətbiqimdən istifadə etməyə və sonra vaxtı elan etməyə həvəslənir. "Son bir saatda siz 42 dəqiqə danışdınız, qalanlarımız isə 18 dəqiqəni aramızda böldü. Əslində, Eva və Con ümumiyyətlə danışmadılar”. Amma mən bunu etmirəm. Məclisə danışıqda dominantlıq edən şəxs qonaq mühazirəçi olmadığı kimi, mən bir yığıncaqda elm adamı deyiləm.
Zəruri özünü ifadəni məmnunluqla qarşılamaq
Çox danışmağın səbəbləri praktik və ağlabatan ola bilər. Günlərini ekran qarşısında və ya kiçik uşaqlarla keçirən insanlar yetkin dinləyicilərə can atacaqlar. 
Bu vəziyyətdə, insanın rahatlamasına və yetkin insanların sosial mühitinə uyğunlaşmasına imkan vermək faydalıdır. Bir müddət dinlədikdən sonra biz onların gün stresləri haqqında nəzakətlə şərh vermək və sonra incə formada yeni mövzular təqdim etmək istəyə bilərik.
Yekun (qısa) sözlər
Həddindən artıq danışmaq, danışmaq və dinləmək arasında əsaslı bir disbalansdır. Biz danışan adamı dayandırmaq istəmirik. Biz balansı bərpa etmək istəyirik. Nəhayət, əgər insan məyusluğumuzu oxumursa və ya bunu qəbul etmirsə, qarşılıqlı əlaqənin davam edən məyusluğa dəyib dəymədiyini özümüzdən soruşmalıyıq.
Nurlan Hüseynov