Alimlər nə üçün balaca uşaqların böyüklərə nisbətən COVID-19-un ağır kursundan daha az əziyyət çəkdiyini anlamağa çalışıblar. Məlum olub ki, uşaqların immun reaksiyası adətən böyüklərdə müşahidə olunandan fərqlidir.
SARS-CoV-2-yə yoluxmuş körpələr və azyaşlı uşaqlarda xəstəliyin başlanğıcından və uzun müddət ərzində virusla mübarizə aparmaq üçün çoxlu anticisimlər olub.
Həmçinin uşaqlarda böyüklərdə olduğu kimi qanda yox, burunda iltihab əleyhinə zülalların yüksək səviyyəsi müşahidə olunub.
Qaynarinfo
xəbər verir ki, müvafiq araşdırma Cell jurnalında
dərc olunub.
Araşdırmada körpələr və kiçik uşaqlar da daxil olmaqla 81 uşaq iştirak edib.
Tədqiqat qrupu analara 2 həftəlikdən başlayaraq körpələrindən həftəlik burun çubuqları götürməyi öyrədib. Komanda, həmçinin körpələrin SARS-CoV-2-yə yoluxduğu 6 həftəlikdən başlayaraq və sonrakı həftələrdə və aylarda analiz üçün müntəzəm olaraq körpələrdən qan götürüb.
Bu nümunələr alimlərə uşaqların virusla ilk təmasdan əvvəl, təmas zamanı və sonra immun reaksiyalarını öyrənməyə imkan verib.
54 uşaq yoluxmuş və COVID-19-un yüngül forması olub, 27 sağlam uşaq isə "nəzarət qrupu”na düşüb. İnfeksiyaya qədər uşaqlar 1 aydan 4 yaşa qədər olub.
Həmçinin, elm adamları 19 xəstə və 19 sağlam anadan həftəlik burun çubuqları, 89 xəstə və 13 sağlam yetkindən qan nümunələri götürüblər.
Tədqiqatçılar sistem immunologiyasından istifadə edərək körpələrin və böyüklərin virusa qarşı immun reaksiyasının bir çox aspektlərini tədqiq ediblər.
Məlum olub ki, kiçik uşaqlarda anticisimlərin SARS-CoV-2-yə reaksiyası böyüklərin reaksiyasından fərqlənir. Adətən, böyüklərdə antikorlar bir neçə həftə ərzində tədricən istehsal olunur, sonrasa azalır.
Bunun əksinə olaraq, uşaqlar dərhal yüksək səviyyədə antikor istehsal ediblər və bu səviyyələr 300 günlük müşahidə dövrü ərzində yüksək olaraq qalıb.
Alimlər həmçinin müəyyən ediblər ki, SARS-CoV-2 infeksiyası olan böyüklərin qanında yüksək səviyyəli iltihab əleyhinə sitokinlər (iltihab prosesində iştirak edən zülal molekulları) var ki, bu da COVID-19-un ağır gedişi və ölümlə əlaqələndirilir.
Bu zülallar körpələrin və uşaqların qanında yoxdur. Bununla belə, uşaqların burunlarında çoxlu iltihab əleyhinə sitokinlər və antiviral sitokinlər aşkar edilib.
Tədqiqatçıların fikrincə, sitokinlər SARS-CoV-2 infeksiyasını birbaşa virusun uşaqların orqanizminə daxil olduğu yerdə məhv edə bilər ki, bu da COVID-19-da xəstəliyin yüngül gedişatını potensial olaraq izah edir.
Xatırladaq ki, əvvəlki tədqiqatlarda yeni doğulmuş uşaqlarda koronavirusa yoluxma riskinin yaşlı uşaqlara nisbətən daha az olduğu təsdiq olunu. Bununla belə, əgər körpələr COVID-19-a yoluxsalar, onların ağır xəstəlik riski daha yüksəkdir.
Alpər