Xəbər lenti

Nobel mükafatçısı əfv edildi
Dünya 11:27 01.08.2023

Nobel mükafatçısı əfv edildi

Korrupsiyada ittiham olunan Myanmanın keçmiş Dövlət müşaviri Aun San Su Çji Dövlət İnzibati Şurası tərəfindən əfv edilib. 

Qaynarinfo xəbər verir ki, müvafiq fərman Myanma Radio və Televiziyasının saytında dərc olunub.

Aun San Su Çji 2016-2021-ci illərdə Myanmanın mülki hökumətinin faktiki rəhbəri olub. Hakimiyyətə gəlməzdən əvvəl o, hərbi diktaturaya qarşı mübarizənin simvolu olub və 1991-ci ildə "Demokratiya və insan hüquqları uğrunda qeyri-zorakı mübarizəsinə görə” Nobel Sülh mükafatına layiq görülüb.

2021-ci ilin dekabrında Myanma məhkəməsi onu pandemiya dövründə iğtişaşları qızışdırmaq və sanitar standartları pozmaqda ittiham edərək 4 il həbs cəzasına məhkum edib. Bundan sonra onun həbs müddəti dəfələrlə artırılıb və bir ildən sonra o, ümumilikdə 33 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı rüşvətxorluq və seçki qaydalarını pozma ittihamları da irəli sürülüb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->