Fizika üzrə Nobel mükafatı laureatı Leon Maks Lederman 96 yaşında vəfat edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, 1978-1989-cu illərdə ABŞ-ın İllinoys ştandındakı Enroko Fermi adına Milli Sürətləndirmə Laboratoriyasında çalışıb.
Onun sayəsində dünyanın ilk və ən güclü ifratkeçirici (tevatron) kəşf edilib.
Bundan əlavə Lederman bir sıra element hissəcikləri də aşkara çıxarıb: muanium, antitutoron, upsilon-meson, antineutrino və muon neytrino. Sonuncu elementin kəşfinə görə Lederman Melvin Şvartz və Cek Steinberqlə birgə 1988-ci ildə Nobel mükafatını alıb.
Lederman "Tanrının bir parçası: Kainat cavabdırsa, bəs sual nədir?" adlı məşhur kitabın müəllifidir.