Xəbər lenti

Nobel mükafatı sahiblərinə təqdim edildi (FOTOLAR)
Dünya06:32 11.12.2017

Nobel mükafatı sahiblərinə təqdim edildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçin paytaxtı Stokholmda Nobel 2017 fizika, tibb, kimya, ədəbiyyat və iqtisadiyyat mükafatlarının qalibi olan şəxslərə mükafatları təqdim edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Stokholm Konsert Huset zalında təşkil edilən mərasimə İsveç kral ailəsi və çox sayda dövlət nümayəndəsi qatılıb. İsveç kralı XVI Karl Qustav mükafatları sahiblərinə təqdim edib. 
2017-ci il Nobel üzrə fizika mükafatına Kip S. Torne, Rayner Veyss və Barri C. Bariş, kimya mükafatına Jakues Duboxet, Yoahim Frank və Riçard Henderson, fiziologiya-tibb mükafatına Maykl V. Younq, Maykl Rosbaş və Ceffrey C. Hall, iqtisadiyyat mükafatına Riçard H. Taler, ədəbiyyat mükafatına isə Kazuo İşiguro sahib çıxıb.
Qaliblərə diplom, medal və 9 milyon İsveç kronu (təxminən 900 min avro) pul verilib. Daha sonra 500 nəfərlik Nobel qonaqlığı təşkil edilib.
Gülşən