Xəbər lenti

Nobel mükafatına rekord məbləğ verdilər
Dünya07:21 12.04.2013

Nobel mükafatına rekord məbləğ verdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

DNT-ni kəşf edən 3 alimdən biri olan ingilis molekulyar bioloq Frensis Krikə 1962-ci ildə verilən Nobel mükafatı rekord qiymətə satılıb. 

Qaynar.info-nun məlumatına görə, ABŞ-ın Dallaş şəhərindəki Heritage auksion evi medalın "Biomobie" şirkətinin rəhbəri Cek Uanq tərəfindən alındığını bildirib. 

Auksiona 500 min dollar qiymətlə çıxarılan medala son olaraq Uanq tərəfindən 2 milyon dollar verilib. 

Qeyd edək ki, ingilisin alimin 1953-cü ildə 12 yaşlı oğluna yazdığı 7 səhifəlik məktub da keçirilən auksionda 5 milyon dollara satılmışdı. 

Qaynar.info