
Nobel mükafatının sahibi çinli Li Xsiyabo dünyasını dəyişib.
"Qaynarinfo" "Hong Kong Free Press"ə istinadən xəbər verir ki, Xsiyabo Çin Tibb Universitetinin 1-ci xəstəxanasında ağciyər xərçəngindən dünyasını dəyişib. 61 yaşlı Xsiyabo aktivist və yazıçı idi. O, 2008-ci ildə demokratik islahatlar və insan hüquqlarından bəhs edən "Charter 08" kitabına görə həbs edilmiş və 11 il azadlıqdan məhrum edilmişdi. Xəstəliyinə baxmayaraq Çin höküməti aktivist və hüquq müdafiəçilərinin tələblərinə cavab verməmiş və Lini azadlığa buraxmamışdı.
Qeyd edək ki, Li 2010-cu ildə fəaliyyətlərinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
Gülşən
Qaynarinfo.Az