Xəbər lenti

Nobel Sülh Mükafatı laureatı həbs edildi
Dünya19:03 01.01.2024

Nobel Sülh Mükafatı laureatı həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Banqladeş məhkəməsi Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusa 6 ay həbs cəzası verib.
Bu barədə "Dhaka Tribune" qəzeti məlumat yayıb.
Yunusla yanaşı onun təsis etdiyi "Grameen Telecom” telekommunikasiya şirkətinin rəhbəri Əşrəful Həsən də mühakimə olunub. 
Məhəmməd Yunus 2006-cı ildə iqtisadi inkişafla bağlı fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülüb. O, Banqladeşin kəndlərində yoxsullara mikro kredit ayırdığı üçün beynəlxalq səviyyədə tanınıb.
2022-ci ildə Banqladeş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Yunusun xeyriyyə fondları ilə bağlı araşdırmaya başlayıb. O, kəndliləri maliyyə əsarətinə salmaqda ittiham olunur.