Xəbər lenti

Nobel sülh mükafatının qalibləri açıqlandı
Dünya09:11 07.10.2022

Nobel sülh mükafatının qalibləri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçin paytaxtı Osloda 2022-ci il Sülh üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.
Qaynarinfo Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, qalibin elan olunma mərasimi Norveç Nobel İnstitutunda keçirilib.
2022-ci il Sülh üzrə Nobel mükafatının qalibləri bir şəxs, iki təşkilat olub. Belə ki, Nobel sülh mükafatı Belarus hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın "Memerorial" insan hüquqları təşkilatına və Ukraynanın "Centre for Civil Liberties" (Vətəndaş Azadlıqları Mərkəzi) təşkilatına verilib.
Qeyd edək ki, Nobel Sülh mükafatının ötənilki qalibləri filippinli və rusiyalı jurnalistlər Maria Ressaya və Dmitri Muratov olub. Onlar demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorunması sahəsində səylərinə görə bu mükafata layiq görülüblər.