Xəbər lenti

Nokia-nın Rusiyadan getməsinin nəticələri necə olacaq? – Moskvadan açıqlama
Dünya13:25 30.08.2022

Nokia-nın Rusiyadan getməsinin nəticələri necə olacaq? – Moskvadan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı Nokia-nın Rusiyadan getməsi şirkətin yüksək bazar payına baxmayaraq, ölkədə texnoloji çöküşə səbəb olmayacaq.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu fikri RİA Novosti-yə müsahibəsində M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Böyük Məlumatlar üzrə NTI Səlahiyyət Mərkəzinin icraçı direktorunun müavini Yeqor Şitov deyib.
Bir gün əvvəl Reuters şirkətin adını açıqlamayan nümayəndəsinə istinadən bildirmişdi ki, Nokia ilin sonuna qədər Rusiyanı tamamilə tərk etməyi planlaşdırır.
"Şirkətin payı bütün telekommunikasiya avadanlıqlarının təxminən 40%-ni təşkil edirdi. Buna baxmayaraq, belə bir qərarın genişmiqyaslı texnoloji çöküşə səbəb ola biləcəyini gözləmək lazım deyil", - ekspert əminliklə deyib.
Onun sözlərinə görə, hazırda Çindən, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına daxil olan ölkələr və Koreya yarımadasından şirkətlər uğurla getmiş xarici brendlərin yerini tutmağa başlayıblar.
Onu da xatırladaq ki, bir qədər əvvəl "Kommersant” qəzeti telekommunikasiya bazarındakı mənbələrə istinadən məlumat vermişdi ki, İsveçin mobil rabitə şəbəkələri üçün avadanlıq təchizatçısı Ericsson Rusiyadan tam çıxmaq barədə qərar qəbul edib. İlin sonuna qədər ölkədə fəaliyyət məhdudlaşdırılacaq, işçilər ixtisar olunacaq.
Ericsson şirkəti bu məlumatı nəşrə təsdiqləyib və qeyd edib ki, onlar "müştərilər qarşısında öhdəliklərini yerinə yetirdikləri üçün” fəaliyyətlərini məhdudlaşdıracaqlar. Şirkət işçilərə "maliyyə və sosial” dəstək göstərəcəyini vəd edib.
Alpər