Xəbər lenti

Norveç müdafiə naziri gənc xanımla əlaqəsinə görə istefa verdi
Dünya15:05 11.04.2022

Norveç müdafiə naziri gənc xanımla əlaqəsinə görə istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçin Müdafiə Naziri Odd Rocer Enoksen 2000-ci illərdə gənc xanımla seksual münasibəti olduğu aşkarlanandan sonra tutduğu vəzifədən istefa edib.
Qaynarinfo bu barədə Norwaytoday-ə istinadən xəbər verir.
"İncitdiyim insanlardan üzr istəyirəm. Bir neçə dəfə pis seçim və qiymətləndirmələr etmişəm. Hərəkətlərim başqalarının həyatını daha da çətinləşdirib”, - nazir açıqlamasında bildirib. 
O, partiya lideri və baş naziri istefası ilə bağlı məlumatlandırdığını bildirib. 
Hadisə ilə bağlı detala varmaq istəməyən Norveç baş naziri istefanın düzgün qərar olduğunu və onu qəbul etdiyini bildirib. 
"Düşünürəm ki, bu hadisədə üzə çıxan xarakter nazir olmaq üçün lazım olan güvənlə uyğunsuzluq təşkil edir”, - o, açıqlamasında deyib. 
Hazırda 67 yaşı olan Enoksen hadisənin baş verdiyi 2005-ci ildə 50 yaşında olub. 
Enoksenin o dövr münasibətdə olduğu qadın bu ilişkinin onun həyatına 15 il boyu pis təsir etdiyini, buna görə utanc, günahkarlıq və qorxu duyduğunu deyib. Enoksenin istədiyini əldə etməsi üçün öz gücü və vəzifəsindən istifadə etdiyini bildirib. 
Artıq istefa vermiş nazir isə deyilənləri qəbul etməyib.
Nurlan Hüseynov