Xəbər lenti

Norveç polisi sərhəddən iki PUA keçirən rusu həbs etdi
Dünya09:01 14.10.2022

Norveç polisi sərhəddən iki PUA keçirən rusu həbs etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveç polisi baqajında iki pilotsuz təyyarə olan Rusiya vətəndaşını saxlayıb. 
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir. 
NRK teleradio şirkətinin məlumatına görə, Rusiya Federasiyasına qayıdan rusiyalı Storskoq keçid məntəqəsində sərhədi keçərkən saxlanılıb.
Polis saxlanılan şəxsin iki həftə müddətinə həbs olunmasını tələb edib. Müəyyən edildiyi kimi, onda xeyli görüntülü material olub.
Həbs qərarı hər gün verilə bilər. İndi rusiyalı Sanksiyalar Aktını və Sanksiya Qaydalarını pozmaqda ittiham olunur. Bu qanuna görə, Rusiya şirkətləri və ya vətəndaşlarının Norveçdə pilotsuz uçuş aparatlarından istifadəsinə icazə verilmir.
Polis isə etiraf edir ki, bu işə xüsusi xidmət orqanları cəlb oluna bilər, bu isə ittihamın sərtləşdirilə biləcəyini göstərir.
Alpər