Norveç Rusiyadan gələn təhdidin qarşısını almaq üçün genişmiqyaslı hərbi modernizasiyaya başlayıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Norveç Baş naziri Erna Sulberq söyləyib. Onun sözlərinə görə, tezliklə ordu ən yeni hərbi texnika ilə təchiz ediləcək:
“Bizim şərqimizdə nə edəcəyi çətin müəyyən olunan, öz hərbi potensialını siyasi vasitə kimi istifadə etməyə çalışan bir qonşumuz var. Biz tezliklə 52 F-35 təyyarəsi və 4 sualtı gəmi alacağıq”.
Qeyd edək ki, Norveç növbəti 20 il ərzində öz hərbi büdcəsini 17,5 milyard avroya qədər artırmaq istəyir.
Qaynarinfo.az