Xəbər lenti

Norveç terrorçusu universitet tələbəsi oldu
Dünya17:54 12.09.2013

Norveç terrorçusu universitet tələbəsi oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2011-ci ildə 77 nəfəri öldürən və bu bəşəri cinayətə görə cəmi 21 il həbs cəzası alan Anders Breyvik Oslo Universitetinə qəbul edilib.BBC-nin verdiyi xəbərə görə, Breyvik qiyabi şəkildə politologiyanı öyrənəcək.

Qeyd edək ki, terrorçunun ilk ərizəsini ali məktəb qəbul etməyib. Səbəb də onun zəruri səviyyədə biliyinin olmaması göstərilib: o, orta məktəbi bitirməyib və orta təhsil haqda sənədə malik olmayıb. Ancaq bu yay bütün zəruri imtahanları verə bilib.

Universitetin rəhbərliyi Breyvikə icazəni verərkən “hər bir insana tətbiq edilən ümumbəşəri prinsiplərə əsaslandığını” bildirib.

Musavat.com