Xəbər lenti

Dünya 11:41 22.04.2023

Norveçdə bir qadın ata evinin zirzəmisində vikinqlərin xəzinəsini tapdı

Norveçdə qadın valideynlərinin evinin zirzəmisində 32 dəmir külçədən ibarət xəzinə tapıb.

Qaynarinfo bu barədə RBC-ya istinadla xəbər verir.

Bələdiyyədən verilən məlumata görə, qadın valideynlərinin evini təmizləyərkən Vikinq dövrünə və ya erkən orta əsrlərə aid külçələr tapıb. O, külçələrin muzeyə çatdırılmasını təşkil edib, muzey isə tapıntını rayon hökumətinin mədəni irs şöbəsinə təhvil verib. Nəticədə xəzinə müxtəlif artefaktların saxlanıldığı Oslodakı Mədəniyyət Tarixi Muzeyinə yerləşdirilib.

Norveç mediası dəqiqləşdirir ki, qadının atası bu külçələri 1980-ci illərdə evin yaxınlığında quyu qazarkən tapıb və zirzəmiyə qoyub. Mütəxəssislər deyirlər ki, dəmir parçaları ödəniş vasitəsi olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->